İraqda “Şuşa – Qarabağın incisi” adlı kitab çap edilib

Tokio, 15 dekabr , /AJMEDIA/

İraqda “Şuşa – Qarabağın incisi” adlı kitab çap edilib.
Professor Mutəz Muhi Əbdülhəmidin ərəb dilində yazdığı bu kitab “Şuşa İli” ilə bağlı tədbirlər planı çərçivəsində Azərbaycanın İraqdakı səfirliyinin dəstəyi ilə nəşr olunub.
AJMEDIA xəbər verir ki, kitab “Qarabağ xanlığının paytaxtı Şuşa” və “Müharibə və sülh arasında Şuşa şəhərinin mədəni irsi” adlı iki fəsildən ibarətdir.
Kitabın giriş hissəsində 44 günlük Vətən müharibəsi haqqında ümumi məlumatlar verən müəllif, bu müharibənin baş verməsinin tarixi və siyasi səbəblərinə toxunub, həmçinin müharibə dövründə Azərbaycan Respublikasının Prezidentinin çıxış və müsahibələrindən sitatlar gətirməklə bir sıra mübahisəli məqamlara aydınlıq gətirib. Bu hissədə BMT-nin dörd məlum qətnaməsi, müxtəlif beynəlxalq təşkilatların bəyanatları haqqında məlumatları da qeyd edilib.
Birinci fəsildə qədim dövrləri əhatə etməklə müasir dövrə qədər Şuşa şəhərinin tarixindən bəhs olunur. Müəllif tarixi mənbələrə və Avropa şərqşünaslarının rəylərinə istinad edərək bu şəhərin qədim Azərbaycan şəhəri olduğunu əsaslandırır. Şuşa şəhərində insan məskunlaşmasının tarixinin tunc dövrünə qədər gedib çıxdığı, sonrakı dövrlərdə isə bu şəhərin əsasının Qarabağ xanı Pənahəli xan tərəfindən qoyulduğu mötəbər faktlarla sübuta yetirir.
“Müharibə və sülh arasında Şuşa şəhərinin mədəni irsi” adlı ikinci fəsil Şuşa şəhərinin mədəniyyətinə dair mövzuları əhatə edən bir neçə yarımfəsildən ibarətdir. Müəllif Şuşa şəhərinin zəngin mədəni irsi və görkəmli şəxsiyyətləri haqqında məlumatları qeyd edib. Şuşalıların yaratdığı mədəniyyətin nəinki Azərbaycan xalqının, həmçinin İslam dünyasının mədəni irsi baxımından unikal bir nümunə olduğu vurğulanıb. Bu hissədə müəllif Şuşa şəhərində inşa edilmiş maddi-mədəni abidələr, məscid, kilsə və ziyarətgahlar, karvansara və bazarlar, saraylar, muzey və kitabxanalar barədə, onların özünəməxsus memarlıq üslubu və tarixi əhəmiyyəti haqqında ətraflı məlumatlar verib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts