600 milyon illik kəşf dünyanın keçmişinə işıq salacaq

Tokio, 31 iyul , /AJMEDIA/

İndiana və Niiqata universitetlərinin alimləri Himalay dağlarında sıxışdırılmış qədim okean suyu aşkar ediblər.
AJMEDIA “ScitechDaily” saytına istinadla xəbər verir ki, bu kəşf çoxhüceyrəli həyatın təkamülü və qədim okean sularının kimyəvi mühiti haqqında fikirlər təqdim edəcək.
Hindistan Elm Universiteti və Yaponiyanın Niiqata Universitetinin alimləri birgə tədqiqat zamanı təxminən 600 milyon il əvvəl mövcud olmuş, mineral tərkibli su mənbəyi tapıblar. Tərkibində həm kalsium, həm də maqnezium olan suyun tədqiqi zamanı alimlər Yer kürəsi tarixində Böyük oksigen fəlakətinə səbəb ola biləcək amillər haqqında potensial istiqamətlər müəyyən edə biliblər.
Yaponiyanın Niiqata Universitetindən araşdırmaçı-tələbə Prakaş Çandra Arya qeyd edir ki, biz sanki Paleolit dövrü okeanları üçün zaman kapsulu tapdıq, indi bu kəşfin bizə gətirəcəyi yenilikləri düşünmək hamımızı eyni dərəcədə həyəcanlandırır.
Alimlər hesab edirlər ki, 700-500 milyon il əvvəl qalın buz təbəqələri Yer kürəsini uzun müddət əhatə edirdi və bu, Yerin “Qartopu” buzlaşması adlanıb. İkinci Böyük oksigen böhranından sonra dünyada çoxhüceyrəli həyat yarandı. Bu hadisədən sonra isə alimlər canlıların təkamülünü tam izah edə biləcək dəlil tapa bilməyiblər. Himalay dağlarında belə su hövzələrinin olması alimlərə təkamül ardıcıllığını bərpa etməyə kömək edəcək

Follow us on social

Facebook Twitter Youtube

Related Posts