31 Mart soyqırımı azərbaycanlılara qarşı xüsusi qəddarlıqla törədilib

Tokio, 1 aprel , /AJMEDIA/

AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunda 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar anım tədbiri keçirilib.

İnstitutdan AJMEDIA-ya bildirilib ki, tədbirdə müəssisənin direktoru fəlsəfə elmləri doktoru, professor İlham Məmmədzadə ermənilərin tarixən xalqımıza qarşı törətdikləri qanlı qırğınlardan, soyqırımlarından danışıb: “31 Mart soyqırımı azərbaycanlılara qarşı ən amansız şəkildə, xüsusi qəddarlıqla həyata keçirilib və bütün bunları tarix öz yaddaşında qoruyub saxlayır. Bizlər də tarixi yaddaşı heç vaxt unutmamalıyıq və öz elmi əsərlərimizdə bu məsələyə diqqət verməliyik”.

Ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımlarını beynəlxalq ictimaiyyətin diqqətinə dönə-dönə çatdırmağın vacibliyi bildirilib.

İnstitutun icraçı direktoru Eynulla Mədətli məruzəsində qeyd edib ki, 1918-ci il martın 30-dan aprelin 3-dək Stepan Şaumyanın başçılıq etdiyi Bakı Sovetinin hərbi hissələri, daşnak-bolşevik silahlı dəstələri Bakı, Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə on minlərlə dinc sakini etnik və dini mənsubiyyətinə görə qətlə yetirib, yaşayış məntəqələrini dağıdıb, mədəniyyət abidələrini, məscid və qəbiristanlıqları məhv ediblər.

Konfransda institutun əməkdaşları tarixi faktlara istinad edərək ötən əsrin əvvəllərindən etibarən ermənilər tərəfindən əzəli Azərbaycan torpaqlarında soydaşlarımıza qarşı törədilmiş qırğınlardan danışıblar.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts