“Ən yaxşı təqdimat” müsabiqəsində 10 nəfər Bakı məktəblisi fərqlənib

Tokio, 28 aprel , /AJMEDIA/

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş “Ən yaxşı təqdimat” müsabiqəsində 10 nəfər Bakı məktəblisi fərqlənib.
Bu barədə AJMEDIA-ya Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) məlumat verilib. Bildirilib ki, IX-XI sinif şagirdləri arasında təşkil olunan “Ən yaxşı təqdimat” müsabiqəsinin nəticələrinə əsasən, BŞTİ-nin tabeliyindəki məktəblər üzrə 3 nəfər I, 2 nəfər II, 2 nəfər III dərəcəli diplomla, 3 nəfər isə tərifnamə ilə təltif olunub.
Bakı şəhəri 83 nömrəli məktəb-liseyin XI sinif şagirdi Əli Altay, 234 nömrəli tam orta məktəbin X sinif şagirdi Ləman Şamiyeva, 287 nömrəli “Zəkalar” liseyinin X sinif şagirdi Nəzrin Ağazadə I dərəcəli, 53 nömrəli tam orta məktəbin XI sinif şagirdi Xədicə Əsgərova, 116 nömrəli tam orta məktəbin IX sinif şagird Fidan Babaxanova II dərəcəli diploma layiq görülüblər. Paytaxtdakı 27 nömrəli tam orta məktəbin X sinif şagirdi Zəhra Rzayeva, 192 nömrəli tam orta məktəbin X sinif şagirdi Səkinəbəyim Cəfərova III dərəcəli diplom, 47 nömrəli tam orta məktəbin XI sinif şagirdi Nigar Şirinova, 191 nömrəli tam orta məktəbin IX sinif şagirdi Leyla İsmayılova, 261 nömrəli məktəb-liseyin X sinif şagirdi Şəhla Nəsirzadə isə tərifnamə ilə təltif edilib.
Qeyd edək ki, müsabiqənin keçirilməsində əsas məqsəd Ulu Öndərin zəngin siyasi irsinin, şərəfli ömür yolunun və çoxşaxəli fəaliyyətinin gənc nəsil tərəfindən öyrənilməsi işinin daha da genişləndirilməsindən, həmçinin məktəblilərin özünüifadə bacarıqlarına yiyələnməsinin stimullaşdırılmasından ibarətdir.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts