“Yuğ” teatrının baş rejissoru Qazaxıstanda iki tamaşa hazırlayacaq

Tokio, 4 mart , /AJMEDIA/

“Yuğ” teatrının baş rejissoru Mikayıl Mikayılov tamaşa hazırlamaq üçün Qazaxıstana dəvət olunub.
AJMEDIA xəbər verir ki, rejissor Qazaxıstanın iki teatrında tamaşa hazırlayacaq. Rejissor əvvəlcə Qazaxıstanın Karaqanda şəhərində K.Stanislavski adına Rus Dram Teatrında Avksenti Saqarelinin “Xanuma” pyesini səhnəyə qoyacaq. Tamaşanın premyerası aprel ayında olacaq.
Avksenti Saqarelinin 1882-ci ildə yazdığı əsərdə hadisələr XIX əsrdə Tiflisdə baş verir. Müflisləşən knyaz bu bəladan yaxa qurtarmaq, borclarını qaytarmaq və rahat yaşamaq üçün evlənmək istəyir və elə bununla da macəraları başlayır.
Azərbaycanlı rejissorun növbəti quruluşu Astanada yerləşən K.Kuanışbayev adına Qazaxıstan Dövlət Akademik Musiqili Dram Teatrında baş tutacaq. Mikayıl Mikayılov bu teatrda F.Zellerin “Ata” pyesi əsasında tamaşa hazırlayacaq. Tamaşanın premyerası iyun ayına nəzərdə tutulub.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts