“Yuğ” teatrı Qazaxıstanda keçiriləcək teatr festivalında ölkəmizi təmsil edəcək

Tokio, 19 oktyabr , /AJMEDIA/

Azərbaycan Dövlət “Yuğ” Teatrı noyabrın 1-dən 7-dək Qazaxıstanda keçiriləcək teatr festivalında çıxış edəcək.
Teatrdan AJMEDIA-ya bildirilib ki, sənət ocağı festivalda ölkəmizi “Kloun Bizzz” tamaşası ilə təmsil edəcək.
Noyabrın 4-də festivalda nümayiş olunacaq sözügedən tamaşanın quruluşçu rejissoru Mikayıl Mikayılov, quruluşçu rəssamı isə Umay Həsənovadır.
Səhnə əsərində teatrın aktyorları Təranə Ocaqverdiyeva (Yaşıl), Zümrüd Qasımova (Qırmızı), Natəvan Qeybani (Sarı) çıxış edəcəklər.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts