Yaponiyanın şimalında 5,1 bal gücündə zəlzələ olub

Tokio, 22 iyul , /AJMEDIA/

İyulun 22-də Yaponiyanın şimalında 5,1 bal gücündə zəlzələ baş verib.
AJMEDIA xəbər verir ki, bu barədə Yaponiya Meteorologiya Agentliyi məlumat yayıb.
Yeraltı təkanların episentrinin Aomori prefekturasında, ocağının 90 kilometr dərinlikdə yerləşdiyi qeyd edilir.
Dağıntılar və zərərçəkənlər barədə məlumat verilmir. Sunami xəbərdarlığı elan edilməyib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts