Yaponiyanın şimal-şərq sahillərində 5,4 bal gücündə zəlzələ baş verib

Tokio, 29 iyul , /AJMEDIA/

İyulun 29-da yerli vaxtla saat 04:52-də Yaponiya sahillərində 5,4 bal gücündə zəlzələ qeydə alınıb.
AJMEDIA xəbər verir ki, bu barədə Yaponiya Meteorologiya Agentliyi məlumat yayıb.
Yeraltı təkanların episentrinin təxminən 122 min nəfər əhalisi olan Kişarazu şəhərindən 394 kilometr cənub-şərqdə, ocağının 30 kilometr dərinlikdə yerləşdiyi qeyd edilir.
Dağıntılar və zərərçəkənlər barədə məlumat verilmir. Sunami xəbərdarlığı elan edilməyib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts