Yaponiyanın iki şirkəti “Saxalin-2” neft-qaz layihəsinin yeni operatoru ilə müqavilə imzalayıb

Tokio, 20 avqust , /AJMEDIA/

Yaponiyanın iki şirkəti mayeləşdirilmiş təbii qazın (LNG) alınması üçün Rusiyanın “Saxalin-2” neft-qaz layihəsinin yeni operatoru ilə müqavilə imzalayıb.
AJMEDIA xəbər verir ki, bu barədə “Nikkei” qəzeti avqustun 20-də etibarlı mənbələrə istinadla məlumat yayıb. Qeyd edilir ki, söhbət “Tokyo Electric Power Co.” və “Chubu Electric Power Co.” şirkətlərinin birgə müəssisə kimi yaratdığı “JERA” və “Tokyo Gas” şirkətlərindən gedir. Bildirilir ki, çatdırılma şərtləri və alınma qiymətləri idarəetmə strukturunda aparılan dəyişikliyə qədər olduğu kimi saxlanılacaq.
Qəzetin yazdığına görə, hazırkı mərhələdə “Saxalin-2” layihəsindən LNG alan səkkiz şirkətin heç biri tədarükü dayandırmaq niyyətində olması barədə məlumat verməyib. Bildirilir ki, müqavilənin şərtlərinə görə “Hiroshima Gas” şirkəti “Saxalin-2” layihəsindən 50 faiz, “Kyushu Electric Power Co.” şirkəti 20 faiz, “Tohoku Electric Power Co.” və “Saibu Gas” şirkətləri isə hərəyə təqribən 10 faiz satın alır.
Bu ərəfədə Kyodo agentliyi də Yaponiyanın “Mitsui” və “Mitsubishi” korporasiyalarının sentyabrın əvvəllərində “Saxalin-2” neft-qaz layihəsindəki paylarını saxlamaq istədikləri barədə yeni operatoru xəbərdar etmək niyyətində olmaları barədə məlumat yayıb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts