Yaponiyanın cənub-qərbində 6 bal gücündə zəlzələ olub

Tokio, 9 Dekabr, /AJMEDIA/

Dekabrın 9-da yerli vaxtla saat 11:05 dəqiqədə Yaponiyanın cənub-qərbindəki Kaqoşima prefekturasında 6 bal gücündə zəlzələ baş verib.

AJMEDIA xəbər verir ki, bu barədə Yaponiya Meteorologiya Agentliyi məlumat yayıb.

Yeraltı təkanların episentri prefekturanın Toşima kəndi ərazisində, ocağı 20 kilometr dərinlikdə yerləşib. Agentliyin bildirdiyinə görə, zəlzələ ötən həftənin şənbə günündən bir neçə yeraltı təkanın qeydə alındığı Tokara adalar zəncirinin yaxınlığında baş verib. Yeraltı təkanlar yaxınlıqdakı bütün ərazilərdə hiss edilib.

Dağıntılar və xəsarət alanlar barədə məlumat verilmir. Sunami xəbərdarlığı elan olunmayıb.

Bununla yanaşı, yerli sakinlərə yaxın bir neçə gündə zəlzələyə qarşı diqqətli olmaq tövsiyə edilib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts