Yaponiyanın Baş naziri “omikron” ştamına görə ABŞ-a səfərini təxirə salacaq

Tokio, 4 Dekabr, /AJMEDIA/

Yaponiyanın Baş naziri Fumio Kişida koronavirusun “omikron” ştamına görə cari ildə ABŞ-a planlaşdırılan rəsmi səfərini təxirə salacaq.

AJMEDIA xəbər verir ki, bu barədə NHK telekanalı hökumətdəki mənbələrə istinadla məlumat yayıb.

Məlumatda bildirilir ki, koronavirusun hazırda bütün dünyada sürətlə yayılan “omikron” ştamına görə, hökumət başçısı səfər planını dəyişmək niyyətindədir. Bununla yanaşı, F.Kişidanın hazırda ölkə daxili məsələlərə böyük diqqət yetirdiyi və xüsusən də gələn maliyyə ili üçün dövlət büdcəsinin formalaşması ilə məşğul olduğu qeyd edilir.

Xatırladaq ki, bu ərəfədə Yaponiya KİV-ləri Baş nazirin dekabrda ABŞ-a rəsmi səfərə hazırlaşdığı və Prezident Co Baydenlə görüşmək niyyətində olduğu barədə xəbərlər yaymışdı.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts