Yaponiyanın Baş naziri koronavirusa qarşı ikinci və üçüncü peyvəndlər arasındakı müddətin azaldılacağını bildirib

Tokio, 18 dekabr, /AJMEDIA/

Yaponiyanın Baş naziri Fumio Kişida tibb işçiləri, yaşlı vətəndaşlar və digər ehtiyacı olan şəxslər üçün koronavirusa qarşı ikinci və üçüncü peyvəndlər arasındakı müddətin azaldılacağını bəyan edib.

AJMEDIA xəbər verir ki, bu barədə məlumat verən Baş nazir koronovirusun “omikron” və “delta” ştamlarına qarşı məlumatları nəzərə alaraq, Yaponiyanın profilaktikaya istiqamətlənəcəyini, erkən müalicə və testlərin sürətləndirilməsinə üstünlük verəcəyini deyib.

F.Kişida, həmçinin qeyd edib ki, əsas məqamlardan biri ikinci və üçüncü peyvəndlərin vurulması arasındakı müddəti azaltmaqdır. Yaponiyada hazırda fiziki şəxslər ikinci peyvəndi vurdurduqdan səkkiz ay sonra üçüncü peyvənd üçün müraciət etmək hüququna malikdirlər.

Baş nazir bildirib ki, səhiyyə işçiləri və yüksək risk qrupuna daxil olan yaşlı sakinlər üçüncü peyvəndi ikincidən altı ay sonra qəbul edə bilərlər.

F.Kişida, həmçinin qeyd edib ki, gələn ilin fevralından başlayaraq, digər vətəndaşlar üçün də bu fasilə yeddi ayadək qısaldılacaq.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts