Yaponiyanın Azərbaycandakı səfirinin müşaviri: Çərpələng uçurtma yarışı böyük marağa səbəb olub

Tokio, 24 iyul , /AJMEDIA/

Yaponiya səfirliyi Niiqata prefekturasının Sanco şəhərində 300 ildən çox tarixə malik “Sanco çərpələng yarışı”nı Bakıda Dənizkənarı Milli Parkda təqdim etdi. Bu yarış həm Yaponiya çərpələng yarışı uçurtmaq texnikasını, həm də mədəniyyətini, ənənələrini tərənnüm edir. Yaponiyadan məhz bu tədbir üçün gəlmiş sənətkarlar yarış üçün istifadə olunan məşhur altıbucaqlı çərpələnglərini Bakıda havaya uçurdular. Məqsəd Yaponiyanın ənənəvi çərpələnglərini Xəzər dənizindən gələn küləklə səmanın yüksəkliyində uçurdaraq, Azərbaycan xalqının Yaponiya mədəniyyətini yaxından tanımaq imkanı yaratmaqla, Yaponiyaya marağın artması və biliklərin dərinləşməsinə nail olmaqdır. Xəzərin sahilində belə gözəl məkanda tədbir keçirilməsinə şərait yaradıldığına görə Bakı Şəhər İcra Hakimiyyətinə rəhbərlərinə minnətdarlığımı bildirirəm. Azərbaycan paytaxtının sakinlərinə bu məkanda xoş istirahət arzulayıram.
AJMEDIA xəbər verir ki, bunu Yaponiyanın Azərbaycandakı səfirinin müavini, müşavir Takoya Yukihito AZƏRTAC-ın müxbirinə müsahibəsində deyib.
Müşavir xatırladıb ki, iyulun 23-də Lənkəran şəhər Heydər Əliyev adına xatirə parkında eyni formatda tədbir keçirilib. Bakıdakı yarış kimi, Lənkərandakı tədbir də sakinlərin, ailələrin, xüsusi ilə uşaqların diqqətini çəkib və böyük marağına səbəb olub. “Biz onlarla xoş vaxt keçirdiyimiz üçün məmnunuq. Bakı və Lənkəran sakinləri Yaponiya mədəniyyəti ilə yaxından tanış oldular. Bu dəfə ki, yarışlar ancaq Azərbaycanın iki şəhərində keçirilib. İstərdik ki, gələcəkdə bu tədbirlər Azərbaycanın digər bölgələrində təşkil olunsun. Yarış Yaponiya ilə Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının otuzuncu ildönümü çərçivəsində baş tutan tədbirlərdən biridir”, – deyə səfir müavini vurğulayıb.
Çərpələng yarış sənəti paytaxtınızın sakinləri və qonaqlarına xoş ovqat bəxş edib. Tədbir zamanı yarışı izləyən tamaşaçılar, xüsusilə uşaqlar çərpələng uçurdublar, həmçinin onların rəsmlərini çəkiblər.
Qeyd edək ki, “Yaponiya-Azərbaycan Dostluq İli” tədbirləri çərçivəsində bu il Gəncədə “Cüdo üzrə səfir kuboku” idman yarışının, Bakıda Milli İncəsənət Muzeyində Yaponiya Fondunun təqdimatında “Suşini sevirik” sərgisinin, eləcə də Yapon zərb alətləri konsertinin, “Kimono şousu”nun, Azərbaycan Dövlət Akademik Filarmoniyasında “Kodayu” operasının nümayişi kimi tədbirlərin təşkili nəzərdə tutulur.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts