Yaponiyada yol-nəqliyyat hadisəsi baş verib, ölən və yaralananlar var

Tokio, 22 avqust , /AJMEDIA/

Yaponiyanın Naqoya şəhərinin yaxınlığındakı sürətli yolda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində sərnişin avtobusu yanıb.
AJMEDIA Kyodo agentliyinə istinadla xəbər verir ki, qəza nəticəsində iki nəfərin öldüyü, daha altı nəfərin müxtəlif dərəcəli xəsarətlər aldığı bildirilir. Yaralananların vəziyyətinin sabit olduğu qeyd edilir.
Hadisə zamanı bir neçə nəqliyyat vasitəsinin toqquşduğu, hadisə yerində xilasedicilərin və yanğınsöndürənlərin çalışdığı bildirilir.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts