Yaponiyada torpaq sürüşmələri ilə əlaqədar 190 min nəfərə təxliyə tövsiyəsi göndərilib

Tokio, 26 iyul , /AJMEDIA/

Yaponiyanın Şizuoka prefekturasının Hamamtsu şəhərinin sakinlərinə leysan yağışlar nəticəsində əmələ gələcək torpaq sürüşmələri ilə əlaqədar təhlükəsiz ərazilərə təxliyə barədə tövsiyə göndərilib.
AJMEDIA xəbər verir ki, bu barədə müvafiq xəbərdarlıq iyulun 26-da səhər saatlarında şəhər administrasiyasının saytında yerləşdirilib.
NHK telekanalının yaydığı məlumata görə, təxliyə barədə tövsiyə təqribən 190 min nəfəri əhatə edir.
Həmin ərazidə təhlükə səviyyəsi beş ballıq sistem üzrə dördüncü dərəcəyə qaldırılıb ki, bu da təhlükəsiz yerə təxliyəni nəzərdə tutur.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts