Yaponiyada milli valyutanın məzənnəsi son 20 ilin ən aşağı həddinə düşüb

Tokio, 7 iyun , /AJMEDIA/

İyunun 7-də Yaponiyada milli valyuta olan yenin dollara nisbətdə məzənnəsi son 20 ilin ən aşağı həddinə düşüb.
AJMEDIA xəbər verir ki, bunu həmin gün Tokio Fond Birjasında keçirilən hərraclar təsdiq edir. Belə ki, həmin gün hərracların başlama anında milli valyutanın 1 dollara nisbətən məzənnəsi 131,92-131,94 yen təşkil edib. Bununla yanaşı, iyunun 6-da Nyu-York birjasındakı hərraclarda həmin göstərici bir dollar üçün 132 yeni ötüb.
Analoji vəziyyət yenin avroya nisbətdə məzənnəsində də özünü göstərir. Belə ki, Avropa valyutası hazırda 141,00-141,10 səviyyəsində qərarlaşıb. Bu, 2015-ci ilin yayından bəri ən yüksək hədd hesab edilir.
Koronavirus pandemiyasından sonra iqtisadiyyatın bərpasının sabitləşməyə başlamasının müşahidə olunduğu şəraitdə ABŞ Federal Ehtiyatlar Sistemi və Avropanın Mərkəzi bankları Yaponiya tənzimləyicisindən fərqli olaraq, özlərinin pul-kredit siyasətlərini sərtləşdirirlər. Nəticədə faiz dərəcələrində yaranan boşluq yenin satışını stimullaşdırır.
Qeyd edək ki, Yaponiyada milli valyutanın məzənnəsinin enməsi xarici məhsulların, ilk növbədə enerji daşıyıcılarının qiymətinin artmasına səbəb olur.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts