Yaponiyada milli valyuta son 32 ilin ən aşağı həddinə düşüb

Tokio, 21 oktyabr , /AJMEDIA/

Oktyabrın 20-də ABŞ-da faiz dərəcələrinin artacağı barədə xəbərlər fonunda Yaponiyanın milli valyutası olan yenin məzənnəsi təqribən bir ABŞ dollarına qarşı 150 yen səviyyəsinə düşüb.
AJMEDIA Kyodo agentliyinə istinadla xəbər verir ki, uzunmüddətli xəzinədarlıq gəlirlərində kəskin artım və Federal Ehtiyatlar Sisteminin aqressiv faiz artımı ehtimalından sonra yen cümə axşamı Tokioda bir ABŞ dollarına qarşı 150 yen xəttinə yaxınlaşaraq 32 illik minimuma çatıb.
Bildirilir ki, Tokio fond indeksləri texnoloji problemlər səbəbindən hərracları düşmələrlə yekunlaşdırıb.
Ölkənin 225 aparıcı şirkətinin göstəricilərini özündə əks etdirən “Nikkei Stock Average” indeksi bir gün əvvəlki göstərici ilə müqayisədə 250,42 bənd və ya 0,92 faiz aşağı enib. Daha geniş “Topix” indeksi də 9,65 bənd və ya 0,51 faiz düşərək 1895,41 həddində qərarlaşıb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts