Yaponiyada İqtisadiyyatın Bərpası Nazirliyinə yeni rəhbər təyin edilib

Tokio, 26 oktyabr , /AJMEDIA/

Yaponiyanın Baş naziri Fumio Kişida sabiq səhiyyə, əmək və sosial təminat naziri Qoto Şiqeyukini iqtisadiyyatın bərpası naziri təyin edib.
AJMEDIA xəbər verir ki, o, bu vəzifədə oktyabrın 24-də “Birlik kilsəsi” adlı dini qurumla əlaqələri fonunda yayılan məlumatlara görə istefa vermiş Yamaqiva Dayşironu əvəz edib.
Q.Şiqeyuki hakim Liberal Demokratik Partiyadan (LDP) parlamentin üzvüdür. Hazırda o, həm də LDP-nin sosial təminat sistemində tədqiqatlar komissiyasının sədridir.
Qeyd edək ki, 66 yaşlı deputat ötən ilin oktyabrında, Baş nazir Fumio Kişida ilk kabinetini formalaşdırarkən səhiyyə, əmək və sosial təminat naziri təyin edilib.
Bildirilir ki, Baş nazir F.Kişida Q.Şiqeyukidən qiymətlərin artımının qarşısını almaq üçün yeni iqtisadi paketin hazırlanması ilə bağlı fəal iş gözləyir. Yeni nazir parlamentin qarşıdakı sessiyasında həmin paket üçün əlavə büdcənin ayrılmasına da nail olmalıdır.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts