Yaponiyada hidrogen istehsalının altı dəfə artırılması planlaşdırılır

Tokio, 6 iyun , /AJMEDIA/

Yaponiyanın Nazirlər Kabineti bu gün Tokioda keçirilən iclasında ölkədə hidrogen istehsalının həcmi barədə planı təsdiqləyib.
AJMEDIA “Nikkei” qəzetinə istinadla xəbər verir ki, plana əsasən 2040-cı ilədək ölkədə illik hidrogen istehsalı altı dəfə artırılaraq 12 milyon tona çatdırılacaq.
Hakimiyyət orqanları 15 il ərzində sabit tədarük zəncirlərinin formalaşdırılmasına, həmçinin hidrogen istehsalının maya dəyərinin aşağı salınması üçün texnologiyaların inkişafına 15 trilyon yen (107,5 milyard dollar) dövlət və fərdi investisiyalar cəlb etmək niyyətindədir.
“Hidrogen istehsalı karbon qazının atmosferə atılması ilə uğurlu mübarizə aparmağa yardım edə, enerji sabitliyinə səbəb ola və iqtisadi inkişafa töhfə verə bilər”, – deyə Yaponiya Nazirlər Kabinetinin Baş katibi Hirokadzu Matsuno mətbuat konfransında bildirib.
Tokio hidrogendən və bərpa olunan enerji mənbələrindən istifadə etməklə, həmçinin karbon qazının utilizasiyası ilə 2050-ci ilədək tam dekarbonizasiyaya nail olmağı hədəfləyir.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts