Yaponiyanın doqquz şirkəti tariflərə görə Ağ Evi məhkəməyə verib

Tokio, 3 dekabr, /AJMEDIA/

Yaponiyanın doqquz şirkəti 2025-ci ildə Ağ Evin tətbiq etdiyi gömrük rüsumlarının geri ödənilməsi tələbi ilə ABŞ Prezidenti Donald Tramp administrasiyasına qarşı məhkəmə iddiası qaldırıb.

AJMEDIA xəbər verir ki, Kyodo agentliyi bu barədə ABŞ Ali Məhkəməsinin sənədlərinə istinadla məlumat yayıb. Şirkətlər Donald Trampın Konqres tərəfindən təsdiqlənmədən tətbiq etdiyi tariflərin qanunsuz olduğunu bildirirlər.

İddia “Toyota Tsusho” ticarət şirkəti, “Sumitomo Chemical” kimya şirkəti, “Yokohama Rubber” təkər istehsalçısı, “Kawasaki Motors” motosiklet və avtomobil istehsalçısı, “Ricoh” yüksək dəqiqlikli avadanlıq istehsalçısı, “Ushio” işıqlandırma avadanlığı istehsalçısı, “Yamazaki Mazak” dəzgah istehsalçısı, həmçinin “NGK Insulators” və “Proterial” şirkətləri tərəfindən qaldırılıb.

Bir müddət öncə NBC telekanalı “Costco Wholesale” topdansatış hipermarketlər şəbəkəsinin də Donald Tramp administrasiyasına qarşı analoji iddia qaldırdığını bildirmişdi. Bu iş üzrə ilk dinləmələr noyabrın 5-də Ali Məhkəmədə baş tutub, daha sonra ABŞ Beynəlxalq Ticarət Məhkəməsinə ötürülüb.

ABŞ lideri isə öz növbəsində xəbərdarlıq edib ki, onun tətbiq etdiyi tariflərin ləğvi ölkəyə 3 trilyon dollardan çox zərər vuracaq. Donald Tramp bunun milli təhlükəsizliyə təhdid yaradacağını və ölkənin gələcəyinə dağıdıcı təsir göstərəcəyini bildirib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts