SOCAR-ın prezidenti “CITIC Construction Co.,Ltd.”nin İdarə Heyətinin sədri ilə görüşüb

Tokio, 28 yanvar, /AJMEDIA/

SOCAR-ın prezidenti Rövşən Nəcəf “CITIC Construction Co.,Ltd.”nin İdarə Heyətinin sədri Yanq Ciançiyanq ilə görüşüb.

Şirkətdən AJMEDIA-ya bildiriblər ki, görüşdə SOCAR ilə Çinin müxtəlif şirkətləri arasında uğurlu əməkdaşlıq əlaqələrindən bəhs edilib. Bu xüsusda, SOCAR ilə “CITIC Construction Co.,Ltd.” şirkəti arasında enerji infrastrukturu, eləcə də “downstream” layihələrinin həyata keçirilməsi, birgə müəssisələrin yaradılması imkanları nəzərdən keçirilib.

Söhbət zamanı SOCAR-ın Azərbaycanda və onun hüdudlarından kənarda həyata keçirdiyi layihələr, şirkətin korporativ strateji hədəfləri barədə məlumat verilib.

Görüşdə potensial əməkdaşlıq imkanlarının araşdırılması məqsədilə şirkətlər arasında Çərçivə Sazişi imzalanıb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts