“Bloomberg”: Yaponiya ABŞ-də üç layihəyə 36 milyard dollar sərmayə qoyacaq

Tokio, 19 fevral, /AJMEDIA/

Yaponiya ABŞ-də neft, qaz və mühüm mineral layihələrə 36 milyard dollaradək sərmayə qoyacaq.

AJMEDIA xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi ABŞ Prezidenti Donald Trampın sosial mediadakı paylaşımlarına istinadla məlumat yayıb.

Bu, Tokionun Vaşinqtonla ticarət müqaviləsi çərçivəsində ayrılan 550 milyard dollarlıq ilk tranş olacaq. Trampın sözlərinə görə, bu layihələr tarif təzyiqi sayəsində baş tutub.

Yaponiyanın Baş naziri Sanae Takaiti isə öz növbəsində bildirib ki, sözügedən layihələr vacib minerallar, enerji və süni intellekt də daxil olmaqla, iqtisadi təhlükəsizlik üçün kritik sahələrdə əməkdaşlıq yolu ilə davamlı təchizat zəncirləri qurmaq məqsədi daşıyır.

ABŞ-nin ticarət naziri Hovard Lutnik qeyd edib ki, üç layihə arasında ən əhəmiyyətlisi Ohayo ştatında 9,2 giqavat elektrik enerjisi istehsal edə biləcək təbii qaz elektrik stansiyasıdır. Digər bir layihə Meksika körfəzində xam neft ixracı terminalıdır. Yaponiya, həmçinin Corciya ştatında yerləşən sintetik almaz istehsalı müəssisəsinə investisiya qoyur.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts