Yaponiyada həyat normal axarına qayıdır

Tokio, 10 Oktyabr, /AJMEDIA/

Yaponiya hökumətinin oktyabrın 1-dən fövqəladə vəziyyət rejiminin aradan qaldırılması barədə qərarından sonra ölkədə həyat normal axarına qayıdır.

AJMEDIA xəbər verir ki, Tokio paytaxt hökuməti oktyabrın 8-də cəmi 82 yeni yoluxma halının qeydə alındığı barədə məlumat yayıb. Bu, cari ildə qeydə alınan ən az gündəlik yoluxma halıdır.

Ümumilikdə ölkə üzrə yoluxmaların sayında da azalmanın qeydə alındığı bildirilir. Belə ki, şənbə gününə olan son məlumata görə, ölkə üzrə yeni yoluxanların ümumi sayı 777 nəfər təşkil edib. Müqayisə üçün qeyd edək ki, avqustda, beşinci dalğanın pik həddində ölkə üzrə gündəlik 25 min yeni yoluxma qeydə alınırdı.

Yaponiya hökuməti ölkənin pandemiyadan əvvəlki həyatına qayıtması üçün məhdudiyyətləri mərhələlərlə aradan qaldıracağını bildirib. Xüsusən, istirahət günlərində əhalinin daha çox açıq havaya çıxmaq istəməsi hökumət orqanlarını ehtiyatlı davranmağa məcbur edir. Belə ki, tamaşaçıların Yaponiyanın cənub-qərbində təşkil edilən veloyürüşə baxmaq üçün can atdıqları bildirilir. Yarışa buraxılmaq üçün onlardan tam vaksinasiya olunduqlarını və ya koronavirus testinin mənfi olmasını təsdiq edən sənədlər tələb edilib.

Tokio zooparkı da şənbə günüdən başlayaraq gündəlik ziyarət sayını 6500 nəfər həddində müəyyən edib. Bu, fövqəladə vəziyyət tətbiq edilən dövrlə müqayisədə təqribən üç dəfə çoxdur.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts