Yaponiyada güclü qar səbəbindən ölənlərin sayı 8-ə çatıb, 45 nəfər yaralanıb

Tokio, 23 dekabr , /AJMEDIA/

Yaponiyanın Niiqata prefekturasında ötən həftənin sonu və bu həftənin əvvəlində yağan güclü qar səbəbindən ölənlərin sayı 8-ə çatıb, 45 nəfər yaralanıb.
AJMEDIA xarici KİV-lərə istinadla bildirir ki, dövlət qurumlarının verdiyi məlumata görə, elektrik enerjisinin verilməsində yaranan fasilələr səbəbindən qatarların hərəkətində gecikmələr yaranıb. Şimane, Xirosima, Koçi və Hokkaydo bölgələrində qarın qalınlığının mövsüm normalarının üzərində olduğu və qarın davam edəcəyi qeyd edilib. Magistral yollarda 30 kilometrə qədər tıxaclar yaranıb. Yağıntıların intensiv olduğu Yapon dənizi ilə həmsərhəd bölgələrdə əsas ərzaq məhsullarının əvvəlcədən tədarükü və zərurət olmadıqca çölə çıxmamaqla bağlı əhaliyə çağırış edilib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts