Yaponiya taxılın ixracı ilə əlaqədar İstanbul razılaşmasını alqışlayır

Tokio, 23 iyul , /AJMEDIA/

Yaponiya Rusiya və Ukrayna kənd təsərrüfatı məhsullarının dünya bazarlarına çıxarılmasını asanlaşdırmaq məqsədilə İstanbulda əldə edilmiş razılaşmanı alqışlayır. Bu addımı dünya ərzaq böhranının həllində mühüm addım hesab edir.
AJMEDIA xəbər verir ki, bu barədə Yaponiya Xarici İşlər Nazirliyinin verdiyi məlumatda bildirilir.
“Yaponiya dünya taxıl ixracını bərpa etmək üçün Qara dənizdəki Ukrayna limanlarının blokadasını aradan qaldırmaq barədə əldə edilən razılaşmanı alqışlayır. Taxıl ixracının bərpasına qədər bir çox məsələlərə aydınlıq gətirilməsinə ehtiyac olmasına baxmayaraq, bu, qlobal ərzaq böhranının aradan qaldırılmasında mühüm addımdır”, – deyə XİN-in bəyanatında qeyd edilir.
Sənəddə, həmçinin bildirilir ki, nazirlik razılaşmanın həyata keçirilməsini diqqətlə izləyəcək. Bundan əlavə qeyd edilir ki, rəsmi Tokio taxıl ixracının tezliklə həyat keçirilməsi üçün maraqlı tərəflərdən sürətli addımların atılmasını gözləyir. Həmçinin Yaponiya G7 ölkələri və beynəlxalq ictimaiyyətlə əməkdaşlıq şəraitində qlobal ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsi və Ukraynadan taxılın ixracını dəstəkləmək üçün öz səylərini davam etdirəcək.
Xatırladaq ki, iyulun 22-də İstanbulda ərzaq məhsullarının və gübrənin dünya bazarlarına ixracı ilə əlaqədar sənədlər paketi imzalanıb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts