Yaponiya səfiri Tovuza səfər edib

Tokio, 13 aprel , /AJMEDIA/

Yaponiyanın ölkəmizdəki səfiri Vada Cüniçi Tovuz rayonuna səfər edib.

AJMEDIA xəbər verir ki, rayon icra hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, səfir əvvəlcə rayon icra hakimiyyətinin başçısı Məmməd Məmmədovla görüşüb. M.Məmmədov görüş zamanı rayonun ictimai-siyasi, mədəni həyatı və iqtisadi göstəriciləri barədə məlumat verib.

Vada Cüniçi Azərbaycan və Yaponiya arasında mövcud əməkdaşlıq əlaqələrinin yüksələn xətlə inkişaf etməsindən danışaraq, bu il ölkələrimiz arasında əlaqələrin qurulmasının 30 illiyi münasibətilə tədbirlərin keçirilməsindən danışıb.

Sonra Vada Cüniçi və Məmməd Məmmədov Tovuz şəhərində yerləşən Şəhidlər xiyabanını ziyarət edərək, yeni yaradılmış abidə kompleksi və şəhidlərimizin məzarları önünə gül dəstələri qoyublar.

Rayonla tanışlıq Aşıq Sənəti Dövlət Muzeyi və Dövlət Rəmzləri Muzeyi ilə davam edib. Vada Cüniçi muzeylərdə sərgilənən, rayonumuzun və ölkəmizin tarixini nümayiş etdirən eksponatlarla tanış olub. Səfir Aşıq Sənəti Dövlət Muzeyinin xatirə kitabına ürək sözlərini yazıb.

Tovuz Regional “ASAN xidmət” Mərkəzi və “ABAD” Meyvə qurutma fabrikini də ziyarət edən səfirə “ASAN xidmət” Mərkəzinin iş prinsipi və meyvə qurutma fabrikində emal olunan və satışa çıxarılan məhsullar barədə məlumat verilib.

Səfir üzüm emalı müəssisəsi, kartof və tərəvəz saxlamaq üçün logistik mərkəz və “Tovuz Aqro” MMC-də yaradılmış şəraitlə də tanış olub.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts