Yaponiya parlamentinin aşağı palatası hökumətə etimadla bağlı qətnamə layihəsini rədd edib

Tokio, 9 iyun , /AJMEDIA/

Yaponiya parlamentinin hakim Liberal Demokratik Partiyanın (LDP) və onun müttəfiqlərinin üstünlük təşkil etdiyi əsas aşağı palatası müxalifət tərəfindən irəli sürülən hökumətə etimadsızlıq göstərilməsi ilə bağlı qətnamə layihəsini rədd edib.
AJMEDIA xəbər verir ki, aşağı palatanın məsələnin müzakirə edildiyi iclası Yaponiyanın ictimai televiziyası ilə birbaşa yayımlanıb.
Bu ərəfədə Konstitusiyalı Demokratlar, Kommunist və Sosial Demokratlar partiyalarının liderləri aşağı palatanın sədri Hiroyuki Hosodadan ona qarşı irəli sürülən ittihamları cavablandırması barədə birgə bəyanatla çıxış ediblər. Həmin sənəd aşağı palatanın sədrinə təqdim edilsə də, H.Hosoda onun hərəkətləri barədə dərc edilənlərin həqiqət olmadığını bildirib.
Yaponiyanın tanınmış “Shūkan Bunshun” həftəlik nəşri mayda 78 yaşlı H.Hosodanın parlamentə akkreditasiya edilmiş jurnalist xanımlara onların sevgililəri barədə sualla müraciət etməsi barədə iki yazı dərc edib. H.Hosodanın axşam saatlarında həmin xanımlara zəng edərək onları evinə dəvət etməsi barədə də məlumatlar yayılıb.
LDP-nin parlamentdəki ən böyük fraksiyalarından birinə başçılıq edən H.Hosodanın əvvəllər Nazirlər Kabinetinin baş katibi vəzifəsini tutduğu da qeyd edilir.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts