Yaponiya ABŞ və Rusiya liderlərinin birbaşa dialoqunun əhəmiyyətini yüksək qiymətləndirir

Tokio, 8 Dekabr, /AJMEDIA/

Yaponiya hökuməti Ukraynadakı vəziyyət də daxil olmaqla, dünyada mövcud problemlər fonunda ABŞ və Rusiya liderlərinin birbaşa dialoqunun əhəmiyyətini yüksək qiymətləndirir.

AJMEDIA xəbər verir ki, bunu dekabrın 8-də Tokioda keçirilən ənənəvi mətbuat konfransında Yaponiya Nazirlər Kabinetinin Baş katibi Hirokazu Matsuno bildirib.

“Beynəlxalq ictimaiyyətin ciddi maraq göstərdiyi problemlərin, xüsusən Ukraynadakı vəziyyət fonunda dünyanın mühüm aktorları olan ABŞ və Rusiya liderləri arasında birbaşa dialoq çox mühüm əhəmiyyətə malikdir”, – deyə görüşü şərh edən Baş katib bildirib.

Xatırladaq ki, ABŞ və Rusiya liderləri dekabrın 7-də videoformatda təqribən iki saat ərzində müzakirələr aparıblar. Danışıqlar zamanı Ukrayna ilə bağlı vəziyyət, ikitərəfli münasibətlər, kibertəhlükəsizlik və İranın nüvə araşdırmaları məsələləri diqqət mərkəzində olub.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts