Yaponiya, ABŞ və Cənubi Koreya Yapon dənizində birgə təlim keçirib

Tokio, 22 fevral , /AJMEDIA/

Yaponiya, ABŞ və Cənubi Koreya hərbçiləri döyüş gəmilərinin iştirakı ilə Yapon dənizində birgə təlimlər keçiriblər. Hərbi manevrlər KXDR-in fevralın 18-də qitələrarası ballistik raket buraxılışına müttəfiqlərin cavabı olub.
AJMEDIA xəbər verir ki, Yaponiya Özünümüdafiə Qüvvələrinin birləşmiş qərargah rəisləri komitəsinin məruzəsinə əsasən, təlimlərdə Yaponiyanın “Ataqo”, ABŞ-nin “Berri”, Koreya Respublikasının “Kral Secon” esminesləri iştirak edib.
Koreya Mərkəzi Teleqraf Agentliyinin məlumatına görə, KXDR fevralın 19-da qitələrarası “Hvason-15” ballistik raketın sınağını həyata keçirib. Raket 989 kilometr məsafə qət edərək Yapon dənizindəki şərti hədəfi vurub.
Yaponiya tərəfi hesab edir ki, raketin mümkün uçuş uzaqlığı 14 min kilometrdən çoxdur və o, ABŞ-nin materik hissəsinə çata bilər.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts