Yapon nağara ustaları Bakıda möhtəşəm şou göstərib

Tokio, 28 noyabr , /AJMEDIA/

“Dəniz Mall” ticarət və əyləncə mərkəzində Yapon nağara ustalarının konserti baş tutub.
AJMEDIA xəbər verir ki, konsertdə Yaponiyanın Şika şəhərindən gələn “Tenyu Şika” qrupunun ənənəvi vadaiko ifaçıları izləyicilərə möhtəşəm şou təqdim ediblər.
Tədbirdə eyni zamanda Xətai rayonu ilə dostluq şəhəri olan, həmçinin 2020-ci il Tokio Olimpiadası və Paralimpiya Oyunlarında Azərbaycan milli komandasına ev sahibliyi etmiş Şika şəhərinin füsunkarlığını təqdim edən stendə nümayiş olunub.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts