Xurşidbanu Natəvanın anadan olmasının 190 illiyi ilə əlaqədar metodik məktub hazırlandı

Tokio, 6 aprel , /AJMEDIA/

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş. Vazeh adına Mərkəzi Kitabxanasının Metodika və biblioqrafiya şöbəsinin müdiri Vəsilə İsgəndərova Xurşidbanu Natəvanın anadan olmasının 190 illiyi ilə əlaqədar metodik məktub hazırladı.

AJMEDIA xəbər verir ki, məktub Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Natəvanın 190 illiyi ilə əlaqədar imzaladığı Sərəncamla başlayır. Məktubda şairənin həyat və yaradıcılığı haqqında məlumat verilmişdir.

Onun gördüyü xeyirxah əməllər, iştirak etdiyi ədəbi məclislər, dostluq etdiyi insanlar haqqında da məlumat yerləşdirilmişdir.

Məktubda yazıçı-publisist, şairə Sevinc Ağa Xəlilqızının Xurşidbanu Natəvan haqqında yazdığı hekayə də yer alır.
Məktubun sonunda Natəvanın əsərlərinin siyahısı, onun haqqında olan ədəbiyyatlar, metodik tövsiyələr verilmişdir.

Metodik məktub aşağıdakı keçiddə yerləşdirilib:
http://yasamal.cls.az/front/files/libraries/81/documents/455227246.pdf

Follow us on social

Facebook Twitter Youtube

Related Posts