Xurşidbanu Natəvanın 190 illiyinə həsr olunmuş musiqili-ədəbi tədbir keçirilib

Tokio, 29 iyul , /AJMEDIA/

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin R.Axundov adına Mədəniyyət evində şairə Xurşidbanu Natəvanın 190 illiyinə həsr olunmuş musiqili-ədəbi tədbir keçirilib.
Baş İdarədən AJMEDIA-ya bildirilib ki, şairə-publisist Gülarə Munis X.Natəvanın həyat və yaradıcılığı haqqında danışıb.
Buzovna qəsəbəsi Cümə məscidinin axundu, ədib Soltan Əlizadə şairənin qəzəllərinin həzinliyi barədə söhbət açıb.
Tədbirdə 234 nömrəli tam orta məktəbin XI sinif şagirdi Şəfiqə Əsədova şairəmizin obrazını yaradaraq, tarın müşayiəti ilə qəzəl ifa edib.
Daha sonra gənc xanəndə Şirəli Məmmədov X.Natəvanın qəzəllərindən ibarət təsnif ifa edib, eləcə də Xəzər rayon Yazıçılar Birliyinin üzvü Tahirə Bərraq X.Natəvanın qəzəlinə yazdığı nəzirəni oxuyub. Eyni zamanda, Xəzər rayon bölməsinin sədri Arif Buzovnalı, həmçinin gənc şairlər öz qəzəlləri ilə tədbirə rəng qatıblar.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts