XRİTDX “Huawei” şirkətinin informasiya təhlükəsizliyi prosesləri ilə tanış olub

Tokio, 30 mart , /AJMEDIA/

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti (XRİTDX) rəisinin rəhbərlik etdiyi nümayəndə heyətinin Çinə işgüzar səfəri başlayıb.

Dövlət Xidmətindən AJMEDIA-ya bildirilib ki, səfər çərçivəsində Şençjen şəhərində Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəisi İlqar Musayev ilə Çinin “Huawei” şirkətinin vitse-prezidenti David Shi arasında görüş keçirilib.

Görüş zamanı şirkətin mütəxəssisləri tərəfindən informasiya təhlükəsizliyi, şəbəkə texnologiyaları, süni intellekt, bulud həlləri, ağıllı şəhər idarəetməsi sistemi kimi məsələlər haqqında məlumat verilib, eyni zamanda, qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Xidmət rəisi iki qurum arasında əməkdaşlığın genişləndirilməsi üçün böyük potensialın olduğunu vurğulayıb, dəvət üçün “Huawei” şirkətinin rəhbərliyinə öz təşəkkürünü bildirib.

Həmçinin nümayəndə heyəti “Huawei” şirkətinin Donqquan şəhərində qurulmuş Məlumat Mərkəzlərini ziyarət edib, “Huawei” şirkətinin məlumat mərkəzlərinin qurulması ilə bağlı təcrübəsini öyrənib, eləcə də, Kibertəhlükəsizlik üzrə Şəffaflıq Mərkəzində “Huawei” şirkətinin informasiya təhlükəsizliyi prosesləri və təqdim edilən həllərin audit və test imkanları ilə tanış olublar.

Qeyd edək ki, “Huawei” şirkəti dünyanın bir çox ölkəsində, eləcə də, Azərbaycanda yeni nəsil naqilsiz şəbəkələrin inkişafı, həmçinin süni intellekt əsaslı ağıllı həllərin sosial və iqtisadi həyatımızın müxtəlif sferalarına inteqrasiyası istiqamətində texniki fəaliyyətini sürətlə genişləndirməkdə davam edir.

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin nümayəndə heyətinin Çinə səfəri davam edir.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts