Xarici ölkələrdə Azərbaycanın Zəfər Gününə həsr olunmuş tədbirlər davam edir

Tokio, 6 Noyabr, /AJMEDIA/

Vətən müharibəsində Qələbənin birinci ildönümü münasibətilə İspaniyadakı Azərbaycan səfirliyinin təşkil etdiyi tədbirlərdə iştirak etmək üçün Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov və deputat Sevil Mikayılova noyabrın 7-dən İspaniya Krallığının paytaxtı Madrid şəhərində səfərdə olacaqlar.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AJMEDIA-ya bildirilib ki, deputatlarımız Zəfər Gününə həsr edilmiş tədbirlərdə 44 günlük Vətən müharibəsi nəticəsində torpaqlarımızın Ermənistan tərəfindən 30 illik işğalına son qoyulduğu, nəhayət, beynəlxalq hüququn və ədalətin təmin olunduğu barədə tədbir iştirakçılarını məlumatlandıracaqlar. Tədbirlərdə ərazi bütövlüyümüz uğrunda şəhid olmuş igidlərin xatirəsi ehtiramla anılacaq. Postmüharibə dövründə bölgədə yaranmış yeni reallıqlar barədə danışılacaq.

Səfər noyabrın 10-da başa çatacaq.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts