Xalq artisti Şövkət Ələkbərovanın xatirəsi yad ediləcək

Tokio, 21 avqust , /AJMEDIA/

Dekabrın 1-də Heydər Əliyev Sarayında “Əbədiyaşarlar” layihəsi çərçivəsində XX əsr Azərbaycan ifaçılıq sənətinin görkəmli nümayəndəsi, Xalq artisti Şövkət Ələkbərovanın 100 illiyi münasibətilə xatirə gecəsi keçiriləcək.
Sarayın mətbuat xidmətindən AJMEDIA-ya bildirilib ki, gecədə unudulmaz sənətkarın repertuarından tanınmış incəsənət xadimlərinin ifasında mahnılar səsləndiriləcək.
Konsertə biletləri iTicket.az saytı və şəhərin kassalarından əldə etmək mümkündür.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts