Xalça Muzeyində “Həyatın ilmələri” adlı sənədli film nümayiş olunub

Tokio, 19 sentyabr , /AJMEDIA/

Azərbaycan Milli Xalça Muzeyində “Həyatın ilmələri” adlı sənədli filmi nümayiş edilib.
Muzeydən AJMEDIA-ya bildirilib ki, ekran işi muzeyin baş texnoloqu, xalça sənətinin inkişafında və gələcək nəsillərə ötürülməsində müstəsna rolu olan Zəhra Əliyevaya həsr olunub. Mədəniyyət Nazirliyinin sifarişi ilə Əməkdar mədəniyyət işçisi Zəhra xanımın həyat hekayəsi əsasında “Salnaməfilm studiyası” MMC tərəfindən çəkilib.
Sənədli ekran əsərində sənətkarın əvəzsiz təcrübəsi, yaradıcılığı, həmçinin Lətif Kərimov, Cəfər Muciri və Kamil Əliyev kimi görkəmli xalçaçı-rəssamlar haqqında maraqlı xatirələr öz əksini tapıb.
Filmin ssenari müəllifi Əməkdar mədəniyyət işçisi Şirin Məlikova, rejissoru Mübariz Nağıyevdir.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts