Xəzər, Qara və Aralıq dənizlərində olan gəmiçilər səsvermədə iştirak ediblər

Tokio, 7 fevral , /AJMEDIA/

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) gəmilərində üzən dənizçilər növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərində səsvermə hüququndan istifadə ediblər.

AJMEDIA xəbər verir ki, ümumilikdə 84 gəminin 1455 nəfər heyət üzvünün səsverməsi Bakı vaxtı ilə saat 13:00-da 100 faiz təmin olunub.

Radioqram və elektron poçt vasitəsilə gəmilərdən dənizçilərin səsi ASCO-da yaradılan 44 saylı seçki məntəqəsinə göndərilib və bu səslər məntəqədən 7 saylı Səbail seçki dairəsinə daxil olacaq.

Qeyd edək ki, 84 gəmidən 76-sı Xəzər dənizində, 8-i Qara dəniz və Aralıq dənizi hövzələrində üzən gəmilərdir.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts