Xəzər dənizində balıq və digər su bioloji resurslarının gələcək dinamikası müəyyən ediləcək

Tokio, 5 avqust , /AJMEDIA/

Xəzər dənizinin bioloji resurslarını və dəniz mühitini öyrənmək məqsədilə keçirilən kompleks ekoloji monitorinqlər zamanı götürülmüş plankton, zoobentos nümunələrinin laborator analizləri balıqların təbii yem bazasını, nərəcinsli və digər qiymətli balıq növlərinin populyasiya sayını və vətəgə ehtiyatını təyin etməyə imkan yaradacaq.
AJMEDIA xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Resursların Tədqiqatı Mərkəzinin direktoru Mehman Axundov bildirib.
Onun sözlərinə görə, tədqiqatların nəticələrinin müqayisəli təhlili əsasında Xəzər dənizində balıq və digər su bioloji resurslarının mövcud vəziyyəti, gələcək dinamikası, növbəti il üçün balıq ovunun kvota proqnozları müəyyən ediləcək.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts