Xətai Sənət Mərkəzində akvarel texnikası üzrə demonstrativ ustad dərsi keçiriləcək

Tokio, 22 noyabr , /AJMEDIA/

Noyabrın 26-da Xətai Sənət Mərkəzində “IWS Azerbaijan” və “IWS Khatai Art Center”in təşkilatçılığı ilə akvarelist rəssam Pərviz Əliyevin akvarel texnikası üzrə demonstrativ ustad dərsi keçiriləcək.
Xətai Sənət Mərkəzindən AJMEDIA-ya bildirilib ki, ustad dərsində “Materiallar və alətlər haqqında ümumi məlumat”, “Süjet seçimi və kompozisiyanın qurulma əsasları”, “Rəng-ton analizi və onun kompozisiya ilə əlaqəsi”, “İşin mərhələlərə bölünməsi”, “İşin həcmi-fəza həllində akvarelin rəsm texnikasının seçimi və əhəmiyyəti”, “İşin detallaşdırılma səviyyəsi və tamamlanması” kimi mövzular nəzərdən keçiriləcək.
Rəssam bu məsələləri izah edərək akvarel işinin prosesini nümayiş etdirəcək. İzləyicilər iş prosesini izləyərək rəssama öz suallarını verə bilərlər.
Ustad dərsində iştirak ödənişsizdir.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts