Xəbərdarlıq: Paytaxtda şimal küləyinin sürəti saniyədə 23 metrə çatacaq

Tokio, 14 fevral , /AJMEDIA/

Fevralın 14-ü günün ikinci yarısından 16-sı səhərədək Bakıda və Abşeron yarımadasında tez-tez cənub küləyinin şimal küləyi ilə əvəzlənəcəyi, sürətinin saniyədə 15-20 metr olacağı, arabir 23 metrədək güclənəcəyi gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən AJMEDIA-ya verilən məlumata görə, fevralın 14-ü gündüzdən 16-sı səhərədək əsasən ölkənin dağlıq və dağətəyi rayonlarında qərb küləyinin arabir 20-25 metr/saniyəyədək güclənəcəyi proqnozlaşdırılır.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts