Vyanada təşkil olunan mədəniyyət həftəsində Azərbaycan milli geyimləri təqdim olunub

Tokio, 13 sentyabr , /AJMEDIA/

Sentyabrın 12-də Vyanada “Mədəniyyətlərarası bağlılığın uzun gecələri“ mədəniyyət həftəsinə start verilib.
AJMEDIA xəbər verir ki, Beynəlxalq Mədəni Müxtəliflik Təşkilatının (BMMT) 5-ci dəfə təşkil etdiyi və mədəni müxtəlifliyin təbliğinə xidmət edən silsilə tədbirlərdə Vyanada fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzi də iştirak edir.
Silsilə tədbirlərin ilk günündə təşkil edilən “Dünyanın geyimləri“ adlı dəfilədə 60-dək ölkənin milli geyimləri təqdim olunub.
Moda sərgisində Azərbaycan Mədəniyyət Mərkəzinin təqdimatında Azərbaycan milli geyimləri nümayiş olunub və milli geyimlərin xüsusiyyətləri barədə tamaşaçılara məlumat verilib. Bildirilib ki, Azərbaycanın müxtəlif regionlarına (Qarabağ, Bakı, Gəncə-Qazax və s.) xas geyimlər öz toxunma üslubu və naxışlarına görə fərqlənir. Qadınlarda baş örtüyü rübənd və ya kəlağayı, kişilərdə isə papaq ən vacib geyim elementi, eyni zamanda, şərəf və ləyaqət rəmzi sayılır.
Mədəniyyət həftəsi çərçivəsində Azərbaycan milli musiqisi, rəqsləri, milli azlıqların həyatına dair sənədli film və digər mədəniyyət nümunələri təqdim olunacaqdır.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts