Vaqif Əsədov: Paytaxtda bağlanmış yollar barədə məlumat verməyimizə baxmayaraq, bəzi sürücülərin diqqətsizliyi narahatlıq yaradır

Tokio, 8 iyun , /AJMEDIA/

İyunun 10-12-də Bakıda keçiriləcək Formula 1 Azərbaycan Qran-Prisi ilə əlaqədar paytaxtda bağlanmış, istiqaməti dəyişdirilmiş küçə və prospektlər barədə məlumat verməyimizə baxmayaraq, təəssüf ki, bəzi sürücülərin səhlənkarlığı, diqqətsizliyi, şəxsi mənafelərini ictimai mənafelərdən üstün tutulmaları bəzən narahatlıq yaradır.
AJMEDIA xəbər verir ki, bunu Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov Formula 1 Azərbaycan Qran-Prisi yarışları ilə bağlı şəhərin bəzi küçələrinin bağlanması, digər küçələrində isə bəzi sürücülərin məsuliyyətsizliyi səbəbindən sıxlığın dözülməz həddə çatması barədə danışarkən deyib.
O qeyd edib ki, texniki cəhətdən nasaz avtomobilin idarə edilməsi və ya kiminsə “özünəməxsus qaydada” manevrlər etməsi, hərəkət istiqamətinin bir zolağında maşını saxlaması və s. sıxlığa təsir göstərir. Texniki nasaz avtomobillərdən imtina etmək, qaydalara tam əməl etmək lazımdır. Yol ayrıclarında iki-üç polis əməkdaşımız nizamlayıcı qismində olurlar. Nizamlayıcı polisin göstərişinə ciddi şəkildə riayət edilməlidir. Əfsuslar olsun ki, bəzi sürücülərimiz yol zolaqlarına və dayanma-durma qaydalarına düzgün əməl etməməklə süni sıxlığın yaranmasına səbəb olurlar.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts