ÜST: Koronavirus səbəbindən hər həftə 8-10 min insan həyatla vidalaşır

Tokio, 21 dekabr , /AJMEDIA/

Koronavirus səbəbindən hər həftə 8-10 min insan həyatdan köçür.
AJMEDIA xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) eksperti Mariya van Kerkhove bildirib. O, koronavirus əleyhinə peyvəndlənmənin böyük əhəmiyyət kəsb etdiyini xatırladıb və eyni zamanda qeyd edib ki, ÜST-nin hər ölkədə əhalinin azı 70 faizinin peyvəndlənməsi barədə qarşıya qoyduğu hədəfə nail olunmayıb.
M.Kerkhove vurğulayıb ki, COVID-19 xəstəliyi əleyhinə vaksinləmə olduqca əhəmiyyətlidir. O deyib: “Nəzərə almaq lazımdır ki, dünya əhalisinin 30 faizi hələ də vaksinin heç bir dozası ilə belə peyvəndlənməyib. Biz hər bir ölkədə əhalinin 70 faizinin peyvəndlənməsinə nail olmamışıq. Hazırda hər həftə 8-10 min insan COVID-19 nəticəsində ölür, bu ölüm hallarının çoxunun qarşısını almaq mümkün ola bilərdi”.
Ekspert qeyd edib ki, koronavirus tamamilə yox olmayacaq. Lakin dünya səhiyyəsində 2020-ci ildən bəri hökm sürən fövqəladə rejimin başa çatmasına nail olmaq ümidimiz var.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts