“Uşaqlar üçün incəsənət tarixi” layihəsinə başlanılıb

Tokio, 14 yanvar , /AJMEDIA/

Azərbaycan Milli İncəsənət Muzeyi “Uşaqlar üçün incəsənət tarixi” adlı yeni layihəni həyata keçirir.

AJMEDIA xəbər verir ki, layihə çərçivəsində uşaqlar sərgüzəştlərlə dolu sənət dünyasına qərq olacaq, müxtəlif dövrlərə səyahət edəcəklər.

Azərbaycan və dünya incəsənətinin əhatə olunduğu layihədə balacalar qədim zamanlardan günümüzədək davam edən incəsənət tarixi haqqında yeni biliklər əldə edəcək, mühazirələr dinləyəcək, tarixə və mədəniyyətə təsir göstərmiş şah əsərlərlə tanış olacaqlar.

Tədbir bəşər tarixinin zəngin sivilizasiyalarından biri olan “Qədim Misir incəsənəti” ilə başlayır. Yanvar ayının şənbə və bazar günləri keçiriləcək proqramda uşaqlar Misir incəsənətinin tarixini, əzəmətli piramidalarını, fironların sirli dünyasını kəşf edəcək, qədim misirlilərin dünyagörüşü, məişəti, geyim tərzi və s. haqqında biliklər öyrənəcək, öz əlləri ilə firon maskası, sinə bəzəyi-pektoral və bu zəngin mədəniyyətdən bizə yaxşı məlum olan digər bəzək aksesuarlarını hazırlayacaqlar.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts