Uşaq musiqi məktəbinin müəllimi beynəlxalq festivalda uğur qazanıb

Tokio, 8 iyul , /AJMEDIA/

Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında “Musiqiçilərin pedaqoji ustalığı” birinci beynəlxalq festival-müsabiqənin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.
AJMEDIA xəbər verir ki, festival-müsabiqədə Azərbaycan, Türkiyə, ABŞ, Rusiya, Ukrayna, Qazaxıstan, Başqırdıstandan 150-yə yaxın nümayəndə iştirak edib.
Müsabiqəyə idarənin Əhməd Bakıxanov adına 6 nömrəli uşaq musiqi məktəbinin Nəzəriyyə şöbəsinin müəllimi Cəvahir Əliyeva da qatılıb və diploma layiq görülüb.
Bakı Musiqi Akademiyasının 100 və BMA-nın nəzdində orta ixtisas musiqi məktəb-studiyasının 40 illiyinə həsr olunmuş festival-müsabiqəyə BMA-nın rektoru, Xalq artisti Fərhad Bədəlbəyli rəhbərlik edib.
Qeyd edək ki, müsabiqənin keçirilməsində məqsəd müxtəlif ölkələrdən olan müəllimlər arasında təcrübə mübadiləsi aparmaqdır.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts