Uşaq musiqi məktəbinin fortepiano və violin şöbəsinin şagirdləri Azərbaycan bəstəkarlarının əsərlərini ifa ediblər

Tokio, 13 aprel , /AJMEDIA/

Sumqayıt Regional Mədəniyyət İdarəsinə tabe olan Qara Qarayev adına şəhər 1 nömrəli uşaq musiqi məktəbində fortepiano və violin şöbəsində təhsil alan şagirdlərin konserti təşkil edilib. Konsertdə Azərbaycan bəstəkarlarının əsərləri səsləndirilib.

İdarədən AJMEDIA-ya bildirilib ki, fortepiano şöbəsindən İradə Bədəlova, Esmira Əliyeva, Sevda Məcidova, Sevda Ələkbərli, Təranə Eminli, Təranə Kərimova, Lalə Qocayeva, Tamilla Qasımova, İnna Abbasova, İlahə Səfərova və violin şöbəsinin müəllimi Fidan Abbasovanın şagirdləri konsertdə rəngarəng musiqi nömrələri təqdim ediblər. Konsertdə Niyazi, Q.Qarayev, A.Məlikov, E.Nəzirova, T.Quliyev, F.Bədəlbəyli, F.Əmirov, M.Nəsirbəyov, F.Sücəddinov və M.Mirzəyevin əsərləri ifa olunub.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts