Ümummilli Lider Heydər Əliyevin xatirəsi Milli Kitabxanada anılıb

Tokio, 12 dekabr , /AJMEDIA/

Dekabrın 12-də Milli Kitabxanada Ümummilli Lider Heydər Əliyevin anım günü münasibətilə tədbir keçirilib.
Kitabxanadan AJMEDIA-ya bildirilib ki, əvvəlcə Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Kitabxananın direktoru Kərim Tahirov bildirib ki, bu gün müstəqil Azərbaycanın qurucusu və memarı, görkəmli dövlət xadimi, xalqımızın xilaskarı Ulu Öndər Heydər Əliyevin vəfatından 19 il ötür.
Direktor vurğulayıb ki, Ulu Öndərin hakimiyyətə gəlməsi ölkəmizdə əmin-amanlıq, sabitlik yaradıb, hərc-mərcliyə, xaosa son qoyub və quruculuq mərhələsi başlayıb.
Tarixə Müstəqil Azərbaycan dövlətinin qurucusu, dahi siyasətçi və böyük şəxsiyyət kimi daxil olan Ulu Öndər Heydər Əliyevin şərəfli ömür yolundan, Vətən qarşısında xidmətlərindən və müstəqilliyi dövründə Azərbaycana layiqincə rəhbərlik etməsindən danışan K.Tahirov, böyük liderin Azərbaycan mədəniyyətinin inkişafına və mədəni sərvətlərimizin mühafizə olunaraq gələcək nəsillərə çatdırılmasına böyük diqqət və qayğısını xüsusi qeyd edib. Vurğulayıb ki, Ulu Öndər ikinci dəfə Azərbaycana rəhbərlik etməyə başladığı ilk illərdə (1995-1997) 4 dəfə Milli Kitabxanaya gələrək kitabxananın problemləri ilə maraqlanıb və ciddi çətinliklər dövrlərini yaşayan bu mədəniyyət məbədinin fondlarının zənginləşdirilməsi üçün tədbirlər görməyi tapşırıb.
Direktor müavini, tarix üzrə fəlsəfə doktoru Ədibə İsmayılova çıxış edərək bildirib ki, qədirbilən xalqımız 12 dekabrı tarixə öz adını əbədi həkk etmiş, dahi siyasi xadim olan, həyat və fəaliyyəti hər bir Azərbaycan vətəndaşının qürur mənbəyinə çevrilmiş Ulu Öndər Heydər Əliyevin anım günü kimi böyük minnətdarlıq hissi ilə qeyd edir. Ölkəmizə rəhbərlik etdiyi illər tariximizə intibah, milli tərəqqi, milli oyanış, müstəqil dövlət quruculuğu dövrü kimi daxil olan Ulu Öndər daim ölkəni irəliyə aparmaq uğrunda çalışıb.
Direktor müavini qeyd edib ki, bildiyimiz kimi 2023-cü il mayın 10-da Azərbaycan xalqının Ümummilli Lideri, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 ili tamam olur və Prezident İlham Əliyevin 2022-ci ilin 29 sentyabr tarixli Sərəncamı ilə 2023-cü il Azərbaycanda “Heydər Əliyev İli” elan edilib və Azərbaycan Milli Kitabxanası da ilə töhfə olaraq çoxsaylı layihələrin həyata keçirilməsini nəzərdə tutur.
Daha sonra tədbir iştirakçıları təşkil olunmuş sərgiyə baxış keçirib. Sərgidə kitabxananın fondlarında qorunan dahi şəxsiyyətin həyatının müxtəlif dövrlərini əks etdirən kitablar, sənədlər, fotolar nümayiş olunub.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts