Ümumdünya Səhiyyə Təşkilatı: COVID-19 elə belə yox olmayacaq

Tokio, 8 sentyabr , /AJMEDIA/

COVID-19-a təsdiqlənmiş yoluxma halları və bu səbəbdən ölüm hallarının gündəlik sayı azalmaqda davam edir. AJMEDIA xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Qebreyesus Cenevrədə keçirdiyi mətbuat konfransında bildirib.
“Bu bizə çox ümid verir. Lakin bu tendensiyaların davamlı olmasına heç bir zəmanət yoxdur. Hazırda ən təhlükəli məqam – bu tendensiyaların davamlı olmasına ümid etməkdir”, – deyə Tedros Qebreyesus qeyd edib‎.
Gündəlik təsdiqlənmiş ölüm hallarının sayı fevral ayından bəri 80 faizdən çox azalıb, lakin hətta belə bir azalmada keçən həftə COVID-19 səbəbi ilə hər 44 saniyədən bir nəfər ölüb. “Bu ölümlərin əksəriyyətinin qarşısını almaq olardı”, – deyə ÜST başçısı vurğulayıb.
“Ola bilər ki, siz pandemiyanın hələ bitmədiyini eşitməkdən artıq yorulmusunuz. Lakin mən, pandemiya bitənəcən bunu təkrarlayacam. Bu virus elə belə yox olmayacaq”, – deyə o əlavə edib.
Baş direktor meymunçiçəyi xəstəliyi ilə bağlı vəziyyətə də toxunub. “Hazırda Avropada meymunçiçəyi xəstəliyinə yoluxma hallarının azalması tendensiyası davam edir. Keçən həftə Amerikada təsdiqlənmiş yoluxma hallarının sayının da azalmasına baxmayaraq, “bu regionda epidemiya ilə bağlı birmənalı qənaətə gəlmək hələ tezdir”‎, – deyə Tedros Qebreyesus qeyd edib.
Amerika qitəsinin bəzi ölkələri xəstəliyə yoluxma hallarının artması barədə məlumat verməkdə davam edirlər, onların bəzilərində isə əlamətə və ayrı-seçkiliyə və ya məlumatın mövcud olmamasına görə statistikanın azaldılması müşahidə olunur.
ÜST hələ də bütün ölkələrə zəruri tibbi-sanitariya tədbirlərinin tətbiq edilməsini, testləşmə və tədqiqatlar aparmağa və vaksinlər əlçatan olduqda məqsədli vaksinasiyanı həyata keçirməyi tövsiyə edir.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts