Ukraynaya ilk “Leopard” tankı göndərildi

Tokio, 5 fevral , /AJMEDIA/

Kiyevə vəd edilən dörd ədəd “Leopard 2” tankından birincisi Kanadadan Ukraynaya göndərilib.

AJMEDIA xəbər verir ki, bu barədə Kanadanın milli müdafiə naziri Anita Anand tviter səhifəsində yazıb.

O qeyd edib ki, texnika Kanada Hərbi Hava Qüvvələrinə məxsus təyyarədə Halifaksdan (Yeni Şotlandiya əyaləti) havaya qalxıb.

Kanada ordusunda 112 ədəd “Leopard” tankı var ki, onlardan 82-si döyüş maşını, qalanları isə təlim üçündür. Dörd döyüş tankını Ottava Kiyevə göndərəcək.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts