Türküstan türk dünyasının mədəni və mənəvi mərkəzinə çevrilir

Tokio, 27 Oktyabr, /AJMEDIA/

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibi Bağdat Amreyev Türküstan vilayətinin akimi (qubernatoru) Umirzak Şukeyevlə görüşüb.

AJMEDIA xəbər verir ki, görüş zamanı Bağdad Amreyev Türküstanda baş verən dəyişiklikləri, görülən işləri müsbət qiymətləndirərək Türk Şurası çərçivəsində bir sıra mühüm təşəbbüsləri həyata keçirməyə hazır olduğunu bildirib.

Baş katib bildirib ki, hazırda Türk Şurasına üzv dövlətlər arasında sahibkarlığın dəstəklənməsi üçün ümumi investisiya fondunun yaradılması istiqamətində iş aparılır.

O, həmçinin Türküstanın təkcə tarixi-mədəni deyil, həm də iqtisadi rolunun artırılması istiqamətində Şura çərçivəsində əməkdaşlığa hazır olduqlarını qeyd edib.

Umirzak Şukeyev Türk Şurasının investisiya fondunun rəsmi qərargahının Türküstanda açılmasını təklif edib. O, Türküstanda azad iqtisadi zonanın açılması, Türküstanda türk dövlətlərinin sahibkarlarının forumunun keçirilməsi üçün logistika məsələlərinin həllində maraqlı olduğunu da vurğulayıb.

“Türküstanı türk dünyasının mərkəzi etmək bizə tapşırılıb. Eyni zamanda hesab edirəm ki, qardaş ölkələr üçün ortaq olan beynəlxalq təşkilatlardan birinin baş ofisi Türküstanda yerləşməlidir. Biz Türk Şurası ilə birlikdə irimiqyaslı layihələri həyata keçirməyə hazırıq, – deyə vilayət başçısı bildirib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts